Bakıda bu qaydanı pozan şəxslər 80 AZN cərimələnəcək (VİDEO)
Bakıda qanunsuz küçə ticarəti hallarına qarşı mübarizə tədbirləri çərçivəsində profilaktik tədbirlər keçirilib.
Qaynarinfo xəbər verir ki, Sabunçuda tədbir zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıb.
Qeyd edək ki, qanunsuz küçə ticarəti ilə məşğul olanlar 80 manat cərimə olunacaqlar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər