Xəbər lenti

Bakıda çağırışa gedən təcilli yardım həkimi ev sahibi tərəfindən döyüldü
Ölkə15:10 18.08.2017

Bakıda çağırışa gedən təcilli yardım həkimi ev sahibi tərəfindən döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

"Qaynarinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb. Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb. Həkim polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az