Ekonomiks 10:27 13.12.2023

Bakıda çökmə olan körpüdə son vəziyyət necədir? (AÇIQLAMA)

Bakıda körpüdə çökmə ilə bağlı açıqlama verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tiflis prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”ndən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.

"Hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq", - məlumatda deyilir.