Bu gün Bakıda yaşayış binasında yanğın olub. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına isitnadən xəbər verir ki, yanğın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində olub.
Hal-hazırda təmirə dayanmış ümumi sahəsi 115 kv.m olan 3 otaqlı mənzilin eyvanına yığılmış taxta tullantıları 3 kv.m sahədə yanıb.
Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapı-pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info