Xəbər lenti

Bakıda daha bir ali məktəbdə “şortik” qadağası - FOTO
Ölkə04:52 19.06.2014

Bakıda daha bir ali məktəbdə “şortik” qadağası - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda daha bir ali məktəbin tələbələrinə şortik qadağası tətbiq edilib.

Qaynar.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “facebook” sosial şəbəkəsində məlumat yayılıb.

Belə ki, Qərb Universitetində çəkildiyi iddia olunan fotoda tələbələrə çimərlik geyimində gəlməyin qadağan edildiyi görünür:

“Universitetə çimərlik paltarlarında (vyetnamka, qısa şort, açıq top) gəlmək qadağandır!”

Qeyd edək ki, bundan əvvəl analoji xəbərdarlıq BDU və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün edilib.

Qaynar.info