Bakıda avtobus qəzası baş verib.
Anspress-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dünən Səbayel rayonunda sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Hadisə Bayıl qəsəbəsində baş verib.
Belə ki, 88 nömrəli sərnişin avtobusu minik maşını ilə toqquşub.
Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Taksi xidməti ilə məşğul olan “Mercedes” avtomobilinin sürücüsü qəzadan şok keçirib.
DYP əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.
Qaynar.info