Xəbər lenti

Bakıda daha bir bina yandı - qorxulu anlar
Ölkə05:40 02.06.2015

Bakıda daha bir bina yandı - qorxulu anlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nəsimi rayonunda altımərtəbəli yaşayış binasın yanğın olub. Qaynar.info Fövqəladə Halla Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan obyektdə qeydə alınıb.
Hadisə zamanı obyektin mətbəxində aparat, soyuducu və qaz sayğacı yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info