Xəbər lenti

Bakıda daha bir gənc qız itkin düşdü
Ölkə05:49 04.12.2018

Bakıda daha bir gənc qız itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda gənc qız itkin düşüb. 
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Binəqədi rayonu, "Motodrom" yeni yaşayış massivində yaşayan, 1970-ci il təvəllüdlü Nigar Mustafayeva polisə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 2000-ci il təvəllüdlü Gülbahar Mustafayeva noyabrın 30-da səhər saat 9 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!