Xəbər lenti

Bakıda daha bir hündürmərtbəli bina yandı
Ölkə19:00 22.02.2014

Bakıda daha bir hündürmərtbəli bina yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib

Bu gün Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mebel evinin asma tavanı 60 kv.m sahədə, 1-ci mərtəbənin girişində 14 ədəd elektrik sayğacları və binanın 1-ci mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m yanıb.

 Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ikisi azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib. Mebel evinin, elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. 

Qaynar.info