Xəbər lenti

Bakıda daha bir nəhəng layihə – FOTO
Ölkə14:29 19.12.2013

Bakıda daha bir nəhəng layihə – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda daha bir körpünün tikintisi planlaşdırılır.

Qaynar.info
Lent.az-a istinadən xəbər verir ki, yeni körpü tikilməkdə olan Bakı Olimpiya stadionunun yaxınlığında, 12 hərəkət zolağı olan Heydər Əliyev prospektinin üzərində inşa olunacaq.

Nəqliyyat nazirliyi “Azəryolservis” ASC-nin sifariş verdiyi layihə artıq təsdiqlənib.

Yeni körpü iki nəhəng dirək vasitəsi ilə birləşdirilən ötürücüdən ibarət olacaq. Asma körpü 60 min nəfərlik Olimpiya stadionuna gələnlərin rahatlığını təmin edəcək.

Həmçinin bu körpü vasitəsi ilə Heydər Əliyev prospektinə paralel çəkilən yeni prospekt Sabunçu qovşağına birləşəcək.

Hazırda ərazidə işlər davam etdirilir. Layihəni Türkiyə şirkəti həyata keçirir.

Qaynar.info