Xəbər lenti

Bakıda daha bir yolda açıldı
Ölkə11:29 27.03.2015

Bakıda daha bir yolda açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Babək prospektinin və Yusif Səfərov küçəsinin  Heydər Əliyev prospektinə çıxışı nəqliyyatın hərəkəti üçün tam açıqdır. 
“Azərylservis” ASC-nin mətbuat katibliyindən Qaynar.info-ya verilən məlumata görə, artıq Babək prospektindən Xətai prospektinə və Koroğlu Rəhimov küçəsinə hərəkət etmək istəyən nəqliyyat vasitələri tunel vasitəsilə Yusif Səfərov küçəsinə çıxaraq  yeni salınan hissədə dönmə əməliyyatı edib həmin istiqamətlərə maneəsiz hərəkət edə bilərlər.
Heydər Əliyev prospektinə isə Babək prospektindən birbaşa çıxmaq mümkündür.
Hərəkət istiqamətində edilən dəyişiklik həmin ərazidə yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb.
Qaynar.info