
Səbail rayonunda faciəli hadisə baş verib.
Milli.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, Lermontov küçəsində, Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən oğlanın başına düşüb.
Zərbədən oğlanın başı partlayıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları yaralını dərhal xəstəxanaya aparıblar.
