Xəbər lenti

Bakıda əməliyyat: 5 qadın, 5 uşaq tutuldu
Ölkə11:18 05.11.2014

Bakıda əməliyyat: 5 qadın, 5 uşaq tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binəqədi rayonunda polis əməliyyatı keçirib. 

Bakı şəhər Baş Polis İdarəsindən Qaynar.info-ya verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi, Post Patrul Xidməti Bölüyü və 4-cü polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində rayon ərazisində dilənçiliklə məşğul olan 5 qadın, 5 azyaşlı saxlanılıb. Onlar barəsində inzibati protokol tərtib olunub.

Saxlanılan şəxslər yaşadıqları rayonlara göndəriliblər.

Qaynar.info