Ölkə 20:00 15.09.2022

Bakıda "Erməni dili" adlı 400 səhifəlik kitab çıxdı

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanverdinin "Erməni dili" adlı yeni kitabı çıxıb.

Qaynarinfo xəbər verir ki, universitetinin nəşriyyatında çap olunan kitab 400 səhifədən ibarətdir. Müəllif bildirib ki, düşmənlə öz dilində mübarizə aparmaq üçün onun dilini öyrənməliyik:

"Məkrli düşmənimizin dili də özləri kimi məkrlidir. Özlərinin də təsdiq etdikləri kimi, təxminən 100 il əvvəl türk dili onların ikinci ana dili olub, lakin zaman elə gətirdi ki, biz də onların dilini öyrənmək məcburiyyətində qaldıq. Axı düşmənin dilini bilmədən ona qalib gəlmək çətindir. Buna görə də onların bizə qarşı ideologiyasını, mətbuatını və saxta tarixlərini məhz onların dili ilə ifşa etməliyik. Hazırda sadəcə Ermənistanda deyil, ermənilərin yaşadığı bütün dünya ölkələrində informasiya müharibəsində ermənilər tərəfindən çox güclü təbliğat-təşviqat işləri aparılır. Azərbaycan mətbuatı ermənilər tərəfindən yaxından izlənilir. Buna görə də bizim devimiz hər zamankı kimi dəyişməz olaraq qalır: "Düşmənlə öz dilində mübarizə aparmaq üçün onun dilini öyrənirik".

İsmayıl Tanverdiyev qeyd edir ki, 400 tirajla işıq üzü görmüş bu kitab düşmən dilinin çox asan üsul ilə öyrənilməsində tələbələrimizə və dil ilə maraqlananlara yardımçı olacaq.
 

Qeyd edək ki, kitab BDUBakıda "Erməni dili" adlı 400 səhifəlik kitab çıxdıB-nun nəşriyyatında çap olunub, 400 səhifədən ibarətdir.


Bahar Rüstəmli