Bakıda ölümlə nəticələnən yanğın baş verib.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzildə 1 ədəd divan 2 kv.m sahədə yanıb.
Yanğınsöndürənlər hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi, 1938-ci il təvəllüdlü Koleknikov Viktor Vladimiroviçin yanmış meyiti aşkar edib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info