Xəbər lenti

Bakıda evi əlindən alınan qadın intihar etdi - Tükürpədici olay
Ölkə19:58 25.11.2013

Bakıda evi əlindən alınan qadın intihar etdi - Tükürpədici olay

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət əvvəl evi əlindən alınmış Nəsimi rayon sakini Məmmədova Nərminə Tofiq qızının üzləşdiyi problemlə bağlı Qaynar.info-ya verdiyi açıqlamaları, dövlət qurumlarına etdiyi şikayətləri dərc etmişdik. 

Vətəndaş məktubunda uzun illər qeydiyyatda olduğu və yaşadığı mənzildən çıxarılma təhlükəsi ilə üz-üzə qaldığını qeyd edirdi.  

Şikayətçi bildirirdi ki, 1974-cü ildə Gəncədə tikiş fabrikində tikişçi kimi fəaliyyətə başlayıb. Daha sonra fabrikin xüsusi göndərişi ilə Azərbaycan Texnologiya İnstutuna qəbul olur. 1989-cu ildə isə gənc mütəxəssis kimi "Bakı Tikiş Evi"nə təyinatla göndərilib. 

O vaxtkı Yüngül Sənaye Nazirinin verdiyi göndəriş əsasında mühəndis-texnoloq vəzifəsinə təyin edilən Nərminə Məmmədova yüngül sənaye işçiləri üçün tikilən yataqxanada mənzillə təmin olunmuş, 29 saylı mənzilə fabrikin müdiri Şişkina soyadlı xanımın və Həmkarlar Təşkilatının verdiyi order və qərar əsasında həmin mənzildə yerləşdirilib.

Vətəndaş bildirirdi ki, bir neçə il öncə "Bakı Tikiş Evi"nin müdiri Fədail Rəhimov ona mənəvi və psixoloji təzyiq göstərərək vəzifəsini aşağı salıb. Daha sonra F.Rəhimovun təzyiqlərinə dözə bilməyən vətəndaş ərizə verərək işdən çıxıb.

Daha sonra isə onun mənzilini əlindən almağa qərar veriblər. Kimsəsiz qadın bu gün zorla evindən çıxarılıb. Buna dözə bilməyən Nərminə Məmmədova intihara cəhd edib. O, damarlarını doğrayıb. Bu barədə axşam saatlarında Qaynar.info-ya Nərminə Məmmədovanın özü məlumat verib. 

Hazırda xəstəxanaya aparılmasına ehtiyac olduğunu deyən vətəndaş 22-ci Polis Bölməsinə gətirildiyini deyir. O, evinin əlindən alınmasında günahkar kimi Zəngilan rayon İcra Hakimiyyətini də ittiham edib. Belə ki, Zəngilan rayon İcra Hakimiyyətinin N.Məmmədovanın evinin əlindən alınıb başqa bir şəxsə verilməsinə dəstək göstərdiyini iddia edir. 

O, açıqlamasında: "Mən ölmək istəmirəm, ancaq məni buna vadar edirlər. Evim əlimdən alınacaqsa, mən kimsəsiz qadın harada yaşayacam, mənə kim sahib çıxacaq", - deyə bildirib. 

Hadisənin təfərrüatları sabah ətraflı Qaynar.info-da dərc olunacaq. 

Qaynar.info

Əvvəlki yazını bu linkdən oxuya bilərsiniz: 

(http://qaynar.info/xeber-evi-lindn-alnm-vtnda-prezident-muracit-etdi-t14163.html)