Xəbər lenti

Bakıda fahişəni döydülər - FOTO
Ölkə09:01 17.08.2013

Bakıda fahişəni döydülər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Xətai rayonu ərazisində qadın küçənin ortasında ölümücül döyülüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, bu gecə "Sərhədçi" idman kompleksinin qarşısında yol kənarında fahişəlik edən qadın yoldan keçən sürücü ilə mübahisə edib. Maşından düşən sürücü qadına küçənin ortasında zərbələr endirib.

Huşunu itirən qadın yerə yıxılıb və onun üçün təcili yardım çağırılıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Xətai rayon Polis İdarəsindən Milli.Az-a bildirilib ki, qadının döyülməsi ilə bağlı polisə müraciət daxil olmayıb.

Qaynar.info