Xəbər lenti

Bakıda fantastik qiymətə iPhone - FOTO
Ekonomiks13:30 28.09.2016

Bakıda fantastik qiymətə iPhone - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda fantastik qiymətə "iPhone 7" satılır. "İnterAz" xəbər verir ki, elan saytlarından biri yüksək məbləğdə mobil telefon təklif edir. "Apple iPhone 7 Plus, 128GB" 3 900 manata təklif edilir. 
Qeyd edək ki, "Apple" korporasiyası Kaliforniyadakı mənzil-qərargahında yeniliklərin təqdimatı çərçivəsində yeni "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarını təqdim edib.
Yeni smartfonlar şüşə və alüminiumdan ibarət girdə korpus, sıxılma gücünü tanıyan yenidən işlənmiş "Home" düyməsi və "Taptic Engine”yə sahibdir. Qacetlər iki stereodinamikə və IP 67 standartı üzrə su və tozdan müdafiəyə malikdir.
Qacetlər qulaqcıqlar üçün 3,5 mm-lik yuvadan məhrum olub; indi qulaqcıqlar "Lightning" portu vasitəsilə birləşdirilir. "iPhone" komplektinə standart qulaqcıqlar üçün birləşdirmə qurğusu daxil edilib.
Qaynarinfo.Az