Xəbər lenti

Bakıda FHN-i aldadan məşhur restoran cəzalandırıldı
Ölkə13:36 01.11.2022

Bakıda FHN-i aldadan məşhur restoran cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda fəaliyyət göstərən məşhur "Albion Pub" restoranında nazirliyin əməkdaşlarına yoxlama keçirilməsinə icazə verilməyib.
Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Səbail rayonu, X. Rza küç., ev 3 ünvanında yerləşən, "Albion Pub" restoranında plan üzrə (növbət) cari fəaliyyətinin yanğın- texniki təhlükəsizliyinin müayinəsi keçirilən zaman sahibkar tərəfindən FHN əməkdaşlarına yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməyib, yaranmış suallara yanlış məlumat verilib, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmayıb. 
Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.
Fiziki şəxs Məmmədov Asim Zülfüqar oğluna məxsus "Albion Pub" İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 manat məbləğində inzibati qaydada cərimə edilib.
Qeyd edək ki, sözügedən restoran ötən ilin sentyabr ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də cərimələnmişdi.
Əhməd