Xəbər lenti

Bakıda gecə dəhşət yaşandı
Ölkə07:13 08.07.2014

Bakıda gecə dəhşət yaşandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. 

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Zabrat qəsəbəsi Nizami küçəsində yaşayan, 1984-cü il təvəllüdlü Andrey Sibizov naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələrilə qətlə yetirilib.

Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Orxan Mehdiyev tutulub.

Araşdırmalar zamanı onun qətli başqa biri ilə birlikdə törətdiyi məlum olub. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçısı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Pərvin Qocayev də ələ keçib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.