Xəbər lenti

Bakıda gizli nişan edənlər cərimələndi (FOTOLAR)
Ölkə16:43 15.03.2021

Bakıda gizli nişan edənlər cərimələndi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.
Qaynarinfo xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən restoranın inzibatçısı, xidmət personalı və təşkilatçılar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.