Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şhmr İbadov APA-ya bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə o vurğulayıb.
10:14
Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.
Etibar Mirzəyev APA-ya bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".
10:06
Son məlumata görə, yanan Nərimanov rayonunda "Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyüdür.
Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
09:08
Bakıda səhər saatlarında güclü yanğın baş verib.
Qaynarinfo Trend-ə istinadən bildirir ki, Nərimanov rayonu ərazisində tikinti materialları mağazası yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
<iframe width="610" height="330" src="https://www.youtube.com/embed/fllJDoZOO0E" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">
<iframe width="610" height="330" src="https://daytube.az/az/embed/68702" frameborder="0" allowfullscreen="" webkitallowfullscreen="" mozallowfullscreen="" oallowfullscreen="" msallowfullscreen="">