Nərimanov rayonundakı binanın birinci mərtəbəsində yerləşən salonda baş verən hadisəyə qaz sızmasının səbəb olduğu ehtimal edilir
Bakının Nərimanov rayonunda partlayış baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Əliəşrəf Əlizadə küçəsi 42/9 mənzil 57 ünvanında qeydə alınıb. Adıçəkilən ünvanda yerləşən 3 mərtəbəli binada bu gün səhər saat 10 radələrində olub.
Qonşuların verdiyi məlumata görə, binanın birinci mərtəbəsi gözəllik salonu kimi fəaliyyət göstərib.Partlayaışda məhz burada olub. Nəticədə salonda olan bir qadın əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb. Qadının salonun işçisi və ya müştəri olduğu, şəxsiyyəti bəlli deyil.
İlkin məlumata görə, partlayışa səbəb zirzəmidən qaz sızması olub. Belə ki, qonşular zirzəmidən salona kustar üsulla qaz borusu çəkildiyini iddia edirlər.
Hadisə nəticəsində binanın digər mənzillərinə də ziyan dəyib. Mənzillərin pəncərələrinin şüşələri və dəmir məhəccərlər dağılıb.