Xəbər lenti

Bakıda hava bu tarixdən dəyişir - Qar dayanacaq
Ölkə05:54 11.01.2023

Bakıda hava bu tarixdən dəyişir - Qar dayanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən etibarən paytaxta qar yağışı dayanacaq. 
Məlumat mobil telefonların hava proqnozunu göstərən tətbiqində öz əksini tapır.
Tətbiqdə, saat 14:00-dan etibarən havanın nisbətən isinəcəyi, temperaturun 2 dərəcəyə qədər yüksələcəyi göstərilir. Sabah isə temperatur bir qədər də qalxaraq 5 dərəcəyə çatacaq. 
Qeyd edək ki, bu gün bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq. /BAKU.WS