Hadisə paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. "Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan "Mercedes” markalı avtomobilin arxa sol təkəri qəfil çıxaraq əks istiqamətdə hərəkətdə olan "VAZ-2106” markalı maşına dəyib. "Mercedes” markalı maşın isə yoldan çıxaraq beton səkiyə çırpılıb.
Hadisə nəticəsində yolda bir neçə avtomobil qəza vəziyyətinə düşüb.
Həmçinin qəza nəticəsində prospektdə tıxac yaranıb. (ONA)