Xəbər lenti

Bakıda internat məktəbində uşaq dubinka ilə döyüldü - YENİLƏNİB-FOTO
Ölkə10:45 20.05.2014

Bakıda internat məktəbində uşaq dubinka ilə döyüldü - YENİLƏNİB-FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil Nazirliyi 7 yaşlı uşağın döyülməsi ilə bağlı komissiya yaradıb

Təhsil Nazirliyi Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mədən küçəsi, 4-də yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində araşdırmalara başlayıb.

Təhsil Nazirliyindən virtualaz.org-a bildiriblər ki, artıq nazirlikdə xüsusi komissiya yaradılıb: “Nazirliyin nümayəndələri internat məktəbinə gediblər. Onların araşdırmasından sonra qərar veriləcək. Uşağı döyən şəxslərin cəzalandırılacağına şübhə etməyin”.

Qeyd edək ki, bu, həmin məktəbdə ikinci belə hadisədir. Bunu isə virtualaz.org saytına internat evindən bildiriblər.

Xəbərdə deyilir ki, bu internatda əvvəllər də iki uşaq döyülərək fiziki xəsarət alıb. Hazırda bununla bağlı araşdırma sonuclanmayıb.

Məktəbin əvvəlki rəhbəri Qalibə Bağırova təhsil naziri Mikayıl Cabbarovun əmri ilə işdən uzaqlaşdırılıb. Onun yerinə isə Afaqət Əsgərova təyin edilib. 

Yeni direktorun həyat yoldaşının neft sektorunda yüksək vəzifə tutduğu da məlumatlar sırasındadır.

***

13:13

Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı uşağı dubinka ilə döyüblər.

İnternat evindəki mənbənin verdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərfindən döyülüb. Uşağın başından dubinka ilə vurub. O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək. 

Qeyd: Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib. /Bizimyol.info/