Xəbər lenti

Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq - Baş Prokurorluq
Ölkə17:33 20.02.2021

Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq - Baş Prokurorluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.
"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, 20 yaşlı Sevil Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.