Xəbər lenti

Bakıda işləyən məşhur türk iş adamı ilə xanımı arasında mənzil davası
Ekonomiks 15:50 03.04.2023

Bakıda işləyən məşhur türk iş adamı ilə xanımı arasında mənzil davası

Bakıda "Mustafa Tayat” mağazalar şəbəkəsinin sahibi olan tanınmış türk iş adamı Mustafa Tayat məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Tayat Suzana Heydərovnadır. Suzana Tayatın iş adamının xanımı olduğu bildirilir. O, Mustafa Tayatla yanaşı Tanyıldız Ahmet Abdullah adlı şəxsi də cavabdeh qismində göstərib.

Birinci instansiya məhkəməsi Suzana Tayatın iddiasını təmin etməyib. Bu baxımdan, o apellyasiya şikayəti verib.
 


Onun şikayəti Bakı Apellyasiya Məhkəməsində Fərrux Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdırılacaq. İşin mahiyyəti mənzil mübahisələrindən ibarətdir. 

Mustafa Tayat Azərbaycana 2008-ci ildə gəlib və burada öz adını daşıyan mağazalar şəbəkəsi qurub. 2020-ci ildə Dövlət Miqrasiya Xidməti Mustafa Tayatın Azərbaycanda yaşamasına icazə verməyib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->