Xəbər lenti

Bakıda jurnalistlər arasında şahmat turniri keçirildi - VİDEO + FOTOLAR
İdman12:35 20.07.2016

Bakıda jurnalistlər arasında şahmat turniri keçirildi - VİDEO + FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında şahmat turniri keçirilib. 

Qaynarinfo.az-ın əməkdaşı Səbuhi Tofiqoğlunun da iştirak etdiyi tədbirin açılışında yarışın qaydaları haqqında məlumat verilib. Qeyd olunub ki, turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Ümumdünya Şahmat Olimpiadasına dəstək verməkdir. 

7 turdan ibarət yarışda maksimum xal toplayan Fuad Əlizadə (sputnik.az) turnirin qalibi adını qazanıb. Liderdən 1 xal geri qalan Ceyhun Əliyev (futbolinfo.az) ikinci yerlə kifayətlənib. 7 turdan 5 xal toplayan İlkin Xəlilov (ATV kanalı) üçüncü yeri tutub. 

Qeyd edək ki, qaliblərə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Qaynarinfo.az