Xəbər lenti

Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb
İdman12:59 12.04.2016

Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb. "Report"un məlumatına görə, qiymətlər 1, 2 və 10 manatdır.

Biletləri 28 MALL Ticarət Mərkəzi, "Park Bulvar" Alış-Veriş Mərkəzi, 8-ci km stadionunun kassası, Bakcell Müştəri xidməti (U. Həcibəyli 48 ünvanında), Baki Olimpiya Stadionunun kassası (aprelin 13-dən) “Qarabağ” stadionunun kassası (aprelin 13-dən) və Gənclik MALL Alış-Veriş Mərkəzindən (aprelin 17-dən) əldə etmək mümkündür.

Qeyd edək ki, Avropa çempionatı 5 - 21 mayda keçiriləcək.

Qaynar.info