"Bayram ərəfəsində bir günlük kirayə mənzillərin qiymətləri kəskin artacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib.
O bildirib ki, hazırda Bakıda 50 manatdan aşağı "günlük evlər” yoxdur:
"Bir neçə günlük kirayə mənzillər daha çox şəhərin mərkəzində olur. Şəhərdən kənarda günlük evlərin sayı məhduddur. Bayram ərəfəsində Bakıya gələn turistlərin sayı çoxdur. İran, ərəb ölkələri, Hindistan, müsəlman ölkələrindən Bakıya gələnlərin sayı çoxalır. Demək olar ki, bazarda olan mənzillərin 80-90%-i tutulub. Qalan mənzillərin sayı məhdud, qiymətləri isə bahadır”.
Elnur Əsədov bu qiymətin yanvarın 15-nə kimi bazarda davam edəcəyini vurğulayıb.
Bahar Rüstəmli