Xəbər lenti

Bakıda kompüter oyunları üzrə VI Dünya çempionatının açılışı olub - FOTO
Ekonomiks12:24 14.11.2014

Bakıda kompüter oyunları üzrə VI Dünya çempionatının açılışı olub - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

13 noyabr 2014-cü il tarixində "Baku Kristal Holl"da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyilə kompüter oyunları üzrə VI Dünya çempionatının açılış mərasimi keçirilib.

33 ölkədən 250-dən artıq iştirakçının qatıldığı tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Beynəlxalq elektron-idman federasiyasının prezidenti Byung Hun Jun  və digər rəsmilər iştirak edib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 sentyabr 2014-cü il tarixli Sərəncamına müvafiq olaraq keçirilir.

Qaynar.info