Xəbər lenti

Bakıda kriminal dəstə ələ keçdi
Ölkə07:32 28.03.2014

Bakıda kriminal dəstə ələ keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərində soyğunçuluqla məşğul olan kriminal dəstənin üzvləri polis tərəfindən ələ keçirilib. 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən daxil olan xəbərdə bildirilir ki, martın 26-sı saat 20 radələrində Şamil adlı şəxs Ağcabədi rayon sakini Fuad Cəfərovu Ş.Məmmədova küçəsində yerləşən restoranın yanına çağırıb, icarəyə verəcəyi avtoyuyucunun yerini göstərmək adı ilə yanındakı 3 nəfər naməlum şəxslə onu «VAZ-2107» markalı avtomobillə Novxanı bağlar massivinə gətiriblər. Orada  Şamil əli ilə F.Cəfərovun başından vuraraq hədə-qorxu gəlib, 1300 manat, mobil telefon və gödəkçəsini götürüb gediblər. Hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Hüseynov, Əli Əlizadə və Masallı rayon sakini Şamil Əliyev qısa müddətdə Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Qaynar.info