Xəbər lenti

Bakıda leysan yağacaq, rayonlara dolu düşəcək, çaylardan sel keçəcək
Ölkə20:29 30.08.2026

Bakıda leysan yağacaq, rayonlara dolu düşəcək, çaylardan sel keçəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.