
Bakının Biləcəri qəsəbəsində sürüşmə baş verib.
ANS TV-nin məlumatına görə, Qabil Süleymanov küçəsi 42 ünvanında baş verən sürüşmə zamanı beton piltələrdən bir neçəsi yaxınlıqda park edilən avtomobilə ziyan vurub. Vaxtında tədbir görülməsə hadisənin miqyasının genişlənəcəyi gözlənilir.
Beton piltələr arasına baxdıqda isə həqiqətən də onların sadəcə üst-üstə qoyulduğunun şahidi olduq. Yağan yağış isə daim daşları yuduğundan sonda hadisəyə zəmin yaradıb. Sakinlər isə bu cür halların ilk dəfə olmadığını deyir.
Sürüşmə zonası ilə bina arasındakı məsafə təxminən 2metrdir. Yəni tezliklə tədbir görülməsə binanında zədələnəcəyi qaçılmaz ola bilər. Məsələnin həlli istiqamətindəhansı işlərin görüləcəyini öyrənmək üçün Ekologiya və Təbiisərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Geologiya şöbəsindən Ələmdar Piriyev hadisənin araşdırılması üçün bu dəqiqələrdə tədqiqat qrupunun əraziyə göndərildiyini və təkcə sözügedən ərazidə yox geniş surətdə araşdırma aparıldığını dedi.
Son nəticəyə gəldikdə isə, bütün araşdırmalar bitdikdən sonra müvafiq qurumlara təkliflərin veriləcəyi və bərkitmə işlərinin aparılacağı bildirildi. Yalnız bundan sonra ərazi tam təhlükəsizhesab edilə bilər.
Qaynar.info