Xəbər lenti

Bakıda "Makarov”la gəzən İlqar saxlanılıb: “Həvəsliyəm...”
Ölkə12:28 20.05.2023

Bakıda "Makarov”la gəzən İlqar saxlanılıb: “Həvəsliyəm...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində silah gəzdirən şəxs saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, polis apardığı araşdırma zamanı üzərində silah gəzdirən 7 avqust 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş İlqar adlı şəxs olduğu aşkarlayıb. 
Onun üzərindən 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı "Makarov” modelli yivli odlu silah, "Steçkin" konstruksiyalı və həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş yararlı döyüş sursatı olan patronlar aşkar edilərək götürülüb. İlqar Moskva prospekti 72 ünvanda yerləşən parkda saxlanılıb. 
O izahatında silaha həvəsi olduğundan həmin tapançanı mütəmadi olaraq üzərində gəzdirdiyini deyib. 
Məhkəmənin qərarı ilə İlqar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Əhməd