Xəbər lenti

Bakıda maşın partladı - VİDEO
Ölkə07:15 04.11.2014

Bakıda maşın partladı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ötən gecə minik maşını partlayıb. 

Qaynar.info xəbər verir ki, hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, gecə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı körpüdə maşın alışıb. 

Daha sonra maşının yanacaq çəni partlayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən bildirilib ki, gecə saatlarında Ağasi Qafarova məxsus “Daewoo-Espero” markalı maşının arxa oturacağında qısaqapanmadan yanğın olub. Yanğın qısa zamanda maşının yanacaq çəninə də keçib. Hadisə zamanı sürücü maşından çıxaraq xilas ola bilib. 

Qaynar.info