Xəbər lenti

Bakıda maşın qaçıran qadın yaxalandı
Ölkə08:13 10.07.2013

Bakıda maşın qaçıran qadın yaxalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir ay axtarışda olan qadını polis tuta bilib.

Bir ay bundan əvvəl Bakıda minik avtomobilini qaçıran qadını polis nəhayət ki, yaxalaya bilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, iyunun 13-ü M.Rüstəmov küçəsində Murad Davudova məxsus “Hyundai-Sonata” markalı avtomobil qaçırılıb.

Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Daşkəsən rayon sakini Aygün Məmmədova avtomaşınla birlikdə Gəncə şəhərində tutulub.

Faktla bağlı araşdırma davam etdirilir.

Qaynar.info