Xəbər lenti

Bakıda məktəblərin bağlanması iddiaları ilə bağlı açıqlama
Ölkə19:56 30.03.2021

Bakıda məktəblərin bağlanması iddiaları ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adından saxta məlumatlar paylaşılıb.
Qaynarinfo xəbər verir ki, məlumatda aprelin 2-dən 14-dək məktəblərin koronavirus səbəbindən bağlanacağı iddia edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məsələ ilə bağlı açıqlama yayıb və bunun saxta olduğunu bildirib:
"Əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar!”