Xəbər lenti

Bakıda məktəblini qətlində şübhəli beş nəfər tutulub
Ölkə17:00 03.04.2014

Bakıda məktəblini qətlində şübhəli beş nəfər tutulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətlin “facebook”dakı mübahisə nəticəsində baş verdiyi bildirilir

Bakıda orta məktəb şagirdini qətlə yetirməkdə şübhəli bilinən daha bir şəxs tutulub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Mobil Abdullayevin qətlində şübhəli bilinən Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov saxlanılıb.

Polisdən bildirilib ki, tutulan şəxslərlə mərhum arasında “facebook” sosial şəbəkəsində mübahisə yaranıb. Mübahisədən sonra M. Abdullayevlə görüşə gələn 5 gənc onu bıçaqlayaraq qətlə yetirib.

Qaynar.info