Xəbər lenti

Bakıda məşhur doğum evi bağlandı
Ölkə12:27 05.06.2013

Bakıda məşhur doğum evi bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

6 saylı doğum evinə xəstə qəbul olunmur

Bakının tanınmış doğum evi bağlanıb. Milli.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində yerləşən 6 saylı doğum evinə xəstə qəbul olunmur. 

Respublikanın baş pediatrı Nəsib Quliyev açıqlamasında doğum evinin bağlanmasını təsdiqlədi. Baş pediatrın sözlərinə görə, dövlət tərəfindən xəstəxananın əsaslı təmiri üçün vəsait ayrılıb. Buna görə də doğum evi tam şəkildə təmirə bağlanıb.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirib ki, doğum evi təmirə dayandırılıb: "Doğum evinə qəbul dayandırılıb. Xəstəxanada olanlar profillərinə uyğun olaraq başqa səhiyyə müəssisələrinə köçürülüblər". 

Nazirlik rəsmisi qeyd etdi ki, doğum evi əsaslı təmir olunacaq./anspress/