Xəbər lenti

Bakıda məşqçilik edən prezident menecer oldu
İdman15:56 05.07.2016

Bakıda məşqçilik edən prezident menecer oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moldovanın "Daçiya" klubunun prezidenti Adlan Şişxanov vəzifəsini dəyişib.

Qaynarinfo.az xəbər verir ki, Qroznıda doğulmuş inquş iş adamı bundan sonra Kişinyov klubunun meneceri vəzifəsini icra edəcək.

O bu addımını belə əsaslandırıb: "Menecer işi o deməkdir ki, mən komandaya yaxın ola, hazırlıq prosesində daha fəal iştirak edə, bir də kollektiv daxilindəki tonusu yaxşı hiss edə bilərəm. Mən klub üçün məhz bu statusda maksimal şəkildə faydalı olmaq istəyirəm. Belə "Daçiya"ya daha çox xeyir verərəm".

Qeyd edək ki, "Kəpəz"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Daçiya" klubunun prezidenti ötən həftə Bakıda keçirilən oyunda baş məşqçi Oleq Bejenarın əvəzinə "məşqçilik" etmişdi. Görünür, buna görə azərbaycanlı jurnalistlər tərəfindən tənqid edilən Adlan Şişxanov məhz bu üzdən prezident statusunu daşımaqdan imtina edib. Maraqlıdır ki, yeni prezidentin kimliyi açıqlanmayıb.

Onu da əlavə edək ki, oyun öncəsi "Daçiya"nın keçirəcəyi mətbuat konfransında jurnalistlər önünə baş məşqçi Oleq Bejenar yox, yeni menecer Adlan Şişxanov çıxacaq. Bu isə dünya futbolu tarixində nadir rast gəlinən hallardan biri, bəlkə də birincisidir.

Qaynarinfo.az