Xəbər lenti

Bakıda metro stansiyalarının artırılması təklif edilir
Ekonomiks08:31 15.05.2014

Bakıda metro stansiyalarının artırılması təklif edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Böyük Bakının Regional Inkişaf Planı”nda Bakı metrosunun stansiyalarının artırılması təklif edilir.

“APA-Economics”in xəbərinə görə, bu haqda Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov danışıb.
 
O, qeyd edib ki, həm “Bakı Metropoliteni” QSC-nin, həm də institutun planlarında Xırdalana metro stansiyasının çəkilməsi təklif edilir.
 
“Bakı Metropolitinin yeni “Avtovağzal” stansiyasında tikinti işləri yaxın vaxtlarda yekunlaşacaq və istismara veriləcək. Metronun planlarında da var, biz də təklif edirik ki, növbəti stansiyası Xırdalan olsun. Buraya sürətli qatarların getməsi ola bilər, dünyada belə təcrübə var”, - deyə İ. İsbatov qeyd edib.

Qaynar.info