Xəbər lenti

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
Ölkə09:37 29.12.2013

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni il günü Bakıda möhtəşəm atəşfəşanlıq olacaq.

Bu barədə ANS PRESS-ə məlumata verən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. Onun sözlərinə görə, paytaxt sakinləri atəşfəşanlığı dekabrın 31-i günü gecə saat 00:00-da izləyə biləcəklər.

Nazim Məcidov həmçinin bildirib ki, yeni il münasibəti ilə Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinlərinə daha bir süpriz edib. Rəis müavini əlavə edib ki, gəzinti üçün nəzərdə tutulan üç mərtəbəli "Mirvari" gəmisi bulvar ərazisinə gətirilib və artıq əhalinin istifadəsinə verilib.

Bulvar ərazisində qurulan nəhəng Şeytan çarxına gəlincə isə N.Məcidov bu atraksiyonda son sınaq işlərinin aparıldığını və yaxın müddətdə paytaxt sakinlərinin istifadəsinə veriləcəyini deyib.

Qaynar.info