Xəbər lenti

Bakıda minik və yük maşınları toqquşdu - Xəsarət alan var
Ölkə05:49 17.02.2020

Bakıda minik və yük maşınları toqquşdu - Xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Hyundai" markalı minik avtomobili və "Mercedes” markalı yük avtomobili toqquşub. 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.