Xəbər lenti

Bakıda narkoəməliyyat
Ölkə07:33 21.08.2013

Bakıda narkoəməliyyat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxt polisi narkotiklə bağlı əməliyyat keçirib.
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Teymur Zeynalovdan 0,201 qram, Bakı şəhər sakini Baba Pənahovdan isə 0,155 qram heroin aşkar edilib. 
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni onlara satan əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Elçin Məmmədov tutulub və üzərindən 0,226 qram heroin aşkar olunub. 
Nərimanov polisi də analoji əməliyyat həyata keçirib. Bakı şəhər sakini Ramin Əhmədovdan 430 qram marixuana aşkar edilib. 
Digər tədbirdə isə Bakı şəhər sakini Valeh Şabanovdan 460 qram marixuana aşkar edilib. 
Qaynar.info