Xəbər lenti

Bakıda nazirlik işçisinə hücum olub
Ölkə06:18 21.08.2013

Bakıda nazirlik işçisinə hücum olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Yasamal rayonunda Müdafiə Nazirliyinin işçisinə hücum olub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, bu gün saat 06 radələrində Məcidov küçəsində 2 naməlum şəxs nazirlikdə xadimə işləyən 68 yaşlı Valentina Ağayevanın əlindən çantasını alaraq qaçıb. Çantada 50 manat pul, bir ədəd mobil telefon, plastik kart və şəxsiyyət vəsiqəsi olub. 

Yasamal Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, V.Ağayevaya qarşı törədilən cinayətlə bağlı araşdırma aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq (180-cı) maddəsi ilə cinayət işi başlanıb. 

Qaynar.info