Xəbər lenti

Bakıda neçə müəllim 1000 manatdan çox maaş alır? - AÇIQLANDI
Ölkə17:14 14.09.2016

Bakıda neçə müəllim 1000 manatdan çox maaş alır? - AÇIQLANDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son illər Bakı şəhər məktəblərində çalışan müəllimlərin əmək haqları 11% artıb.

Qaynarinfo.Az APA-ya a istinadən xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, paytaxt məktəblərində 13 029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır. 

İdarə müdiri qeyd edib ki, 2016-cı tədris ilində 22 nəfər ümumi təhsil müəssisəsinə məktəb direktoru təyin edilib. Onun sözlərinə görə, son 3 ildə Bakı məktəblərinə 69 nəfər yeni direktor, 141 nəfər yeni direktor müavini təyin olunub. 

M. Vəliyeva əlavə edib ki, yeni tədris ilində paytaxtda 354573 nəfər şagirdin təlim-tərbiyəsi ilə 28285 nəfər müəllim məşğul olacaq. 

Qaynarinfo.Az