Xəbər lenti

Bakıda “Niva” Nazirliyin qarşısında “avtoş”luq etdi - VİDEO
Ölkə07:45 23.09.2014

Bakıda “Niva” Nazirliyin qarşısında “avtoş”luq etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nömrəsiz maşını “ikitəkər sürdülər”.

Gecə yarısı “Hüseyn Cavid” parkının qarşısında “avtoş”luq edənlər maşını nömrəsiz sürürlər.

Bir neçə gün əvvəl Bakıda gecə yarısı “avtoş”luq edən “Niva” markalı avtomobillər barədə məlumat vermişdik. Bu dəfə isə daha bir “Niva”nın videosunu təqdim edirik. 

Oxu.Az auto.az-a istinadən xəbər verir ki, sözügedən videonun çəkilmə tarixi dəqiq bəlli deyil. Bəlli olan budur ki, hadisələr Yasamal rayonunda – “Hüseyn Cavid” parkının qarşısında, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin arasında cərəyan edir. Hüseyn Cavid prospekti ilə hərəkət edən “Niva” markalı avtomobil əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında “ikitəkər qalxır”. Bir qədər hərəkət etdikdən sonra Ədliyyə Nazirliyinin qarşısında geriyə hərəkət edir. 

Hansı ki, həmin ərazidə geriyə hərəkət qadağandır. Maraqlıdır ki, “Niva”nın bu hərəkətləri kamera ilə gizlin yox, açıq-aşkar çəkilir və çəkənlər də elə sürücünün tanışlarıdır. Deməli, onlar bunu əvvəlcədən planlaşdırıblar. Ümumiyyətlə, son vaxtlar “avtoş”lar özlərini reklam etmək üçün belə çəkilişlər edərək sosial şəbəkələrdə yayırlar. Amma onlar hər ehtimala qarşı avtomobilin nömrəsini gizlin saxlayırlar. Məsələn, bu videodakı “Niva”nın arxa və qabaq nömrələri yerində deyil. Və həmişəki kimi, bu kadrlar da gecə yarısı çəkilib. 

Qaynar.info