
Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq keçirilib.
Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət, gözəllik, təravət rəmzi olan Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil etdikləri konsert proqramı ilə davam edib.
Qaynar.info AzərTAc-a istinadla xəbər verir ki, səyyar səhnənin qarşısında toplaşan şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər. Yurdumuza qədəm qoyan baharı, Vətənimizi, yurdumuzun gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.
Qaynar.info

